Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Qarabağın bütün məntəqələrində tam suveren nəzarəti bərpa etməsi inkarolunmaz həqiqətdir

Azərbaycanın Qarabağın bütün məntəqələrində tam suveren nəzarəti bərpa etməsi inkarolunmaz həqiqətdir


Biz bu günlərdə daha bir tarixi hadisəyə şahidlik etməkdəyik. Bəli, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı vaxtından əvvəl tərk edir. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının Qarabağ iqtisadi bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizi tərk etməsi prosesinə artıq start verilib.
Belə ki, sülhməramlılar Kəlbəcərin Xudavəng monastırındakı postu tərk edərək, bu tarixi-dini memarlıq abidəsinin mühafizəsini Azərbaycan polisinə təhvil veriblər. Hazırda Xocalıdakı əsas dislokasiya bazası da boşaldılmaqdadır. Rusiya sülhməramlılarının ərazilərimizi birdəfəlik tərk edərək öz vətənlərinə qayıtması prosesi yaxın günlərdə tam olaraq yekunlaşacaq. Və bununla da Qarabağımızın keşməkeşli tarixinə dair sonuncu həlledici səhifə də qapanmış olacaq.

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərarın hər iki ölkənin ali rəhbərliyi tərəfindən qəbul edilməsi həqiqətən də tarixi hadisədir. Və bu da sevindirici haldır ki, sözügedən qərar tərəflər arasında heç bir siyasi anlaşılmazlıq yaşanmadan, tam qarşılıqlı anlayış şəraitində qəbul edilib. Bu mənada Rusiya sülhməramlılarının ölkəmizdən dinc şəkildə çıxarılmasını ciddi siyasi uğur hesab etmək olar.

Beləliklə, Prezident İlham Əliyevin məşhur deyimi – “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyimi növbəti dəfə öz həyatiliyini təsdiqlədi. Bu, çox ciddi hadisədir. Azərbaycanı istəməyən bəzi şər qüvvələr sülhməramlıların ərazilərimizdən çıxarılması məsələsində Bakı ilə Moskvanın toqquşacağını gözləyirdilər. Lakin bədxahlarımızın proqnozları özünü doğrultmadı. Zaman Azərbaycanın xeyrinə işləyir. İndi Azərbaycanın Qarabağın bütün məntəqələrində tam suveren nəzarəti bərpa etməsi inkarolunmaz həqiqətdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş