Beynəlxalq hava yolları şirkətlərinin İsrailə uçuşları təhlükəsizliklə əlaqədar olaraq dayandırılır və ya təxirə salınır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, aviaşirkətlər bunu hələ də davam edən İran-İsrail gərginliyi ilə əlaqələdiriblər.
Britaniyanın Wizz Air aviaşirkəti aprelin 13-də İranın İsrailə hücumundan sonra aprelin 14-ü və 15-də Tel-Əvivə uçuşları ləğv edib.
Britaniyanın easyJet aviaşirkəti də İsraildəki "davam edən vəziyyət" səbəbindən yay mövsümü də daxil olmaqla, Tel-Əvivə uçuşları oktyabrın 27-dək dayandırıb.
Almaniyanın KLM şirkəti də aprelin 21-dək İsrailə uçuşları ləğv edib.
“Air India” aviaşirkəti Təl-Əvivə uçuşları müvəqqəti dayandırmaq qərarına gəlib.
ABŞ Birləşmiş Hava Yolları Təl-Əvivə uçuşları dayandırdı və mayın 1-dək bölgəyə bileti olan sərnişinlərinə tam geri qaytarıla biləcəyini açıqlayıb.
Anar Əliyev