Türkiyədə Fətullahçı (FETÖ) terror təşkilatına qarşı mübarizə tədbirləri davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində sözügedən terror təşkilatı ilə əlaqədə şübhəli bilinən daha 2 nəfər saxlanılıb. Onlar Yunanıstana qaçarkən tutulublar.
Məlumata görə, təhlükəsizlik qüvvələri İpsala mahalı yaxınlığındakı 1-ci dərəcəli hərbi qadağa bölgəsində həyata keçirdikləri əməliyyatda qeyri-qanuni yollarla Yunanıstana getməyə çalışan M.C. və F.B-ni həbs ediblər.
Hazırda onların terror təşkilatı ilə hansı formada əlaqələrinin olduğu araşdırılır.
Mehman Mehdiyev