Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa Cənubi Qafqaza iqtisadi maraqları kontekstindən yanaşır

Fransa Cənubi Qafqaza iqtisadi maraqları kontekstindən yanaşır


"Fransanın Vətən müharibəsindən sonra anti-Azərbaycan mövqeyi əsasında atdığı addımlar hər kəsə bəllidir. Azərbaycan və Ermənistan arasında keçmiş Qarabağ münaqişəsi dövründə vasitəçi tərəf kimi heç bir ciddi siyasi fikir ortaya qoymayan rəsmi Paris, Azərbaycanın işğalla bağlı BMT-nin qətnamələrini hərbi güc tətbiqi ilə reallaşdırmasını qəbul etmək istəmir. İkili standartlardan çıxış etməyi adət etmiş Makron administrasiyası səkkiz yüz mindən çox məcburi köçkünün təməl haqlarını, işğaldan azad edilmiş ərazilərin məhv edilmiş infrastrukturunu görməzdən gəlir, separatizmi məhv etmək üçün keçirdiyimiz antiterror tədbirinin ardınca könüllü şəkildə Qarabağı tərk edən erməni əhalisinin üzərindən spikuliyasiya edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadənin sözlərinə görə, tarix boyu işğalçı, müstəmləkəçi kimliyi ilə tanınan, beynəlxalq hüququn boşluğundan yaralanaraq cəzasızlıq mühitündə öz çirkin əməllərini davam etdirməyə çalışan Fransanın ölkəmizi əsassız iddialarla ittiham etməsi riyakarlıq nümunəsidir:

"Bu yanaşma əsasında rəsmi Parisin ölkəmizdəki diplomatik nümayəndəliyini məsləhətləşmələr adı ilə geri çağırması sözügedən ölkənin növbəti siyasi şousudur. Fransa Cənubi Qafqaza iqtisadi maraqları kontekstindən yanaşır. Regionun təbii ehtiyatları, coğrafi mövqeyi Parisin iştahını qabardır. Lakin onların xoş olmayan niyyəti regionda kövrək sülhə və gələcək inkişaf perspektivlərinə əngəldir".

AVP rəsmisi deyib ki, Makronun səhv siyasi qərarları Avropa diplomatiyasının lokomotivi hesab olunan Fransanının imicinə xələl gətirir:

"Qlobal miqyasda baş verən proseslər fonunda əmin tərzdə deyə bilərik ki, Fransa beynəlxalq müstəvidə öz nüfuzunu durmadan itirir. Azərbaycan prezidenti, cənab İlham Əliyevin Qoşulmama Hərəkatı və bir sıra mühüm platformalardan adı çəkilən dövlətin neokolonializm siyasətini tənqid etməsi də, tədricən öz siyasi nəticələrini göstərməyə başlayıb. Fransanın müstəmləkəsi olan Yeni Kolodoniyada müstəqillik aksiyaları zamanı Azərbaycan bayrağının da dalğalanması bunun bariz nümunəsidir".

Süleyman
Xəbəri paylaş