Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransanın ölkəmizə qarşı siyasətinin arxasında, Türkiyə faktoru da var

Fransanın ölkəmizə qarşı siyasətinin arxasında, Türkiyə faktoru da var


"Fransanın Xarici İşlər Nazirliyi, rəsmi Bakının hərəkətlərinin ikitərəfli münasibətlərə zərər vurulduğuna inandıqlarından dolayı, Fransa dövləti ölkəsinin Azərbaycandakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırmaq qərarı qəbul edib. Səfir geri döndükdən sonra, onu Fransa Prezidenti Emmanuel Makron qəbul edib. Göründüyü kimi Fransa hökuməti Azərbaycana qarşı münasibətlərində geri çəkilmək niyyətində deyil və bu addımı da əvvəlki addımlar kimi Ermənistandan dolayı Azərbaycana qarşı Fransa Prezidentinin yürütdüyü radikal siyasi xətt kimi qəbul etmək lazımdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra, Fransanın ölkəmizə qarşı münasibəti dəyişdi və Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında və NATO-da Azərbaycana qarşı heç bir vəsatəti qəbul edilmədi:

"Fransanın ölkəmizə qarşı siyasətinin arxasında, həmçinin Türkiyə faktoru da var. Cənubi Qafqazda zəifləmiş Rusiyanın yeri uğrunda Fransa Turkiyə ilə rəqabət aparır. Bunun üçün Azərbaycan hökuməti tərəfindən dəfələrlə yeri göstərilməsinə baxmayaraq, öz çirkin planlarını həyata keçirmək məqsədilə ölkəmizə qarşı Ermənistanı silahlandırır və Ermənistandakı revanşist qüvvələri yenidən hərəkətə gətirir və separatçı meyilli mühitin hazırlanmasında təlimlər keçirir. Bütün bunlar boş yerə sərf olunan zamandan qeyri bir şey deyil. Zaman başqa zamandır və Azərbaycan onların düşündüyü kimi dövlət deyil. Azərbaycan məhz doğru istiqamətdə olduğu üçün, Fransanın və qeyrilərinin ölkəmizə qarşı çirkin planları sonda iflas edəcək və düşünürəm ki, bunu hətta düşmən Ermənistanda belə başa düşənlər az deyil".

Anar Əliyev
Xəbəri paylaş