Gənclər və idman nazirinin müavini İndira Hacıyeva Tatarıstan Respublikasının gənclərlə iş üzrə naziri Rinat Sadıqov və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, qonaqları salamlayan nazir müavini onlara ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Nazir Rinat Sadıqov səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Süleyman