2024-cü ildə Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Azərbaycan ədəbiyyatınln iftixarı olan şair Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2024-cü il tarixli sərəncamını əsas tutaraq 17.04.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin kitabxanasında ədəbi-bədii adlı tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbir məktəbin kitabxana müdiri Ofeliya İsmayılova, təşkilatçı Nigar Süleymanova, sinif müəllimi Gülarə Hüseynova və 4”A” sinif şagirdlərinin iştirakı ilə təşkil olunub. Tədbirdə Füzuli yaradıcılığına dərin bir nəzər salınıb. Şagirdlərin bu istiqamətdə təqdimatları dinlənilib. Sonda şagirlərin ifasında şairin “Meyvələrin söhbəti” əsəri rollu-oyun şəklində təqdim olunub.
Süleyman