Qazaxıstanda bundan sonra moped sürücülüri üçün bir sıra məhdudiyyətlər tətbiq ediləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə bəzi nəqliyyat vasitələrinin hərəkətinin təşkili və yol hərəkəti təhlükəsizliyinin rəqəmsallaşdırılması məsələləri ilə bağlı qanunvericilik dəyişikliklərini birinci oxunuşda təsdiqlənməsi ilə baş verəcək.
Belə ki, qanun layihəsində kiçik ölçülü elektromobillərin və müəyyən növ nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edilməsi təklif edilib. Bu, mopedlərdən istifadə etməyə və yol hərəkəti qaydalarının tənzimlənməsinə imkan verir.
Moped sürücüləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş maddələrə uyğun olaraq tam məsuliyyət daşıyırlar. Bu norma sərxoş moped sürücülərinin, mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin və xəsarətlərin sayını azaltmaq məqsədi daşıyır.
Mopedləri idarə etmək üçün vətəndaşlar səlahiyyətli orqanda məcburi qeydiyyatdan keçməli, “A1” kateqoriyalı sürücülük vəsiqəsi almalı, illik texniki baxışdan keçməlidirlər. Bundan başqa, sürücülər mülki məsuliyyəti icbari sığorta etdirməlidirlər.
Nərgiz Əzizova