Ermənistanın müdafiə naziri Suren Papikyan döyüş hazırlığını öyrənmək məqsədilə bir sıra hərbi hissələrə baş çəkib.
Newscenter.az news.am-a istinadən bildirir ki, Papikyanı müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan müşahidə edib.
Müdafiə naziri və Baş Qərargah rəisi ali və rütbəli zabitlərin atəş hazırlığının yoxlanışını izləyiblər.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin ali və yüksək rütbəli zabitlərinin attestasiya prosesinin atəş hazırlığı sınağı keçirilib. Məlumata görə, yüksək rütbəli zabitlər hədəfləri vurmaqda uğur qazanıblar.
Anar Əliyev