Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paris Azərbaycanla münasibətləri gərginləşdirmək xəttini tutub

Paris Azərbaycanla münasibətləri gərginləşdirmək xəttini tutub


"Fransa bir qayda olaraq Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqeyi ilə seçilib. İstər indi, istərsə də ATƏT-in Minsk qrupuna həmsədrlik etdiyi dövrdə Paris daim Ermənistanın müdafiəçisi qismində çıxış edib. İkinci Qarabağ Müharibəsindən sonra biz bunu daha qabarıq şəkildə görməyə başlamışıq".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Fransanın Azərbaycandakı səfirinin məsləhətləşmə üçün geri çağrılmasını şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Paris bu addımı ilə bir daha Azərbaycanla münasibətləri daha da gərginləşdirmək xəttini tutub və buna maraqlı olduğunu sərgiləyib:

"Son illərdə, xüsusilə də Emmanuel Makronun hakimiyyəti dövründə Parisin həyata keçirdiyi siyasət birbaşa beynəlxalq hüquq və normala ziddiyyət təşkil edir. Bu və ya digər regionda yalnız öz maraqlarını ön plana çəkən Fransa mövcud reallıqları nəzərə almaq istəmir".

Arzuman Muradlı deyib ki, bu kimi addımlar onsuz da beynəlxalq imici korlanmış Parisə başucalığı gətirmir və onun beynəlxalq imicinə bir qədər də zərbə vurmuş olur.

Süleyman
Xəbəri paylaş