Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstanda TikTokdan istifadə məhdudlaşdırılır

Qırğızıstanda TikTokdan istifadə məhdudlaşdırılır


Daha bir ölkə TikTok sosial şəbəkəsindən istifadəyə məhdudiyyət tətbiq edir.

Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bununla bağlı qərar qəbul edilib.

Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi ölkədə TikTok resurslarının məhdudlaşdırılması ilə bağlı qərarın verildiyini təsdiqləyib. Nazirlik yanında Telekommunikasiya Tənzimləmə və Nəzarət Xidməti Qırğızıstanın internet provayderlərinə TikTok platformasını məhdudlaşdırmaq üçün məktub göndərib.

“Bu qərar “TikTok”un “Uşaqların sağlamlığına, psixikasına, mənəvi və əxlaqına zərər vurmasının qarşısının alınması ilə bağlı tədbirlər haqqında” qanunda nəzərdə tutulmuş şərtlərə əməl etməməsi səbəbindən verilib”, - deyə nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, Qırğızıstan hakimiyyəti 2023-cü ilin avqustunda TikTok resursunu bağlamağa çalışıb.

Anar Əliyev
Xəbəri paylaş