Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədən Ermənistana 124 min dollarlıq məhsul ixrac edilib.

Türkiyədən Ermənistana 124 min dollarlıq məhsul ixrac edilib.


Cari ilin birinci rübündə Türkiyədən Ermənistana 124 min dollarlıq məhsul ixrac edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi və İxracatçılar Şurası məlumat yayıb.

Məlumatda bildirilib ki, bu ilin birinci rübündə Türkiyənin ixrac həcmi ümumilikdə 63,7 milyard dollar təşkil edib. Bunun 5 milyard 948 milyon dolları qonşu ölkələrin payına düşüb.

Qonşu ölkələr arasında ən çox ixrac İraq və İraq Kürdüstanına olub ki, onun da həcmi 2 milyard 731 milyon 317 min dollar təşkil edib.

Türkiyənin İraq və İraq Kürdüstanına ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 33,90% artıb.

Natiq Orucov
Xəbəri paylaş