Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

10 noyabr Birgə Bəyannaməsi qüvvədən düşmüş sayılır

10 noyabr Birgə Bəyannaməsi qüvvədən düşmüş sayılır


Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını üçtərəfli bəyanatın qüvvədən düşməsi kimi də xarakterizə edirlər. Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan Ermənistan və Rusiya arasında 10 noyabr Birgə Bəyannaməsi qüvvədən düşüb:

"Azərbaycan 2023-cü ildə anti-terror əməliyyatından sonra, şərtlərin dəyişməsi, artıq Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxması ilə, bu bəyannamə qüvvədən düşmüş sayılır. İlk gündən Ermənistan və Rusiya üçtərəfli bəyannaməyə əməl etmədi. Əgər, üçtərəfli Bəyannaməyə Yerevan və Moskva riayət etsəydi, Qarabağda tam fərqli mənzərə ola bilərdi. Hər iki ölkənin əldə olunan razılaşmaya riayət etməməsi, Bakıya imkan verdi ki, öz milli maraqlarına uyğun hərəkət etsin. Prezident İlham Əliyev buradakı proseslərdən məharətlə istifadə etdi. Ümumi götürdükdə, Bəyannaməyə əməl edilməməsi, məhz Azərbaycanin milli və təhlükəsizlik maraqlarına cavab verdi".

Politoloqun sözlərinə görə, Ermənistan və Rusiya hesab edirdi ki, üçtərəfli Bəyannaməyə əməl etməməklə, prosesləri öz xeyrinə dəyişəcəklər:

"10 noyabr Birgə Bəyannaməsində nəzərdə tutulmuş Zəngəzur dəhlizinə gəldikdə, bu məsələ Ermənistanla Azərbaycan arasında ikitərəfli şəkildə həll oluna bilər. Demək olar ki, Rusiyanın bu yolda nəzarəti təmin edilməyəcək. Ermənistan rəhbərliyi "Azərbaycan Rusiyanın istəyi ilə Zəngəzur dəhlizini tələb edir"-kimi, açıqlamalarına ehtiyac qalmayacaq".

Süleyman
Xəbəri paylaş