![Ağdamda minaatan qurğular aşkar edilib](/uploads/posts/2024-04/8cf609f7-419c-36ba-9456-ecfeb4de4290_850.jpg)
Ağdam rayonunda minaatan qurğular aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2 000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Mehman Mehdiyev