Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqressiv marketinq nədir?

Aqressiv marketinq nədir?


Aqressiv marketinq potensial müştərilərlə birbaşa ünsiyyət qurmaq və onların biznesinizlə əlaqəsini fəal şəkildə davam etdirmək taktikasıdır.

Aqressiv marketinq bir neçə fərqli strategiya vasitəsilə işləyir. Zənglər və e-poçt kampaniyaları yəqin ki, aqressiv marketinqin ən yaxşı nümunələridir. Belə ki, aqressiv marketinqə heç vaxt markanızla əlaqə yaratmamış və potensial müştərilərin təklif etdiyiniz şeylə maraqlanıb-maraqlanmayacağını öyrənmək üçün müraciət edə bilərsiz.
"YouTube" kimi platformalarda olan böyük banner reklamları, "pop-up" və video reklamları da aqressiv marketinq nümunələridir.

Aqressiv marketinq strategiyaları məhsulunuzun tanıdılmasında və reklamında mühüm rol oynayır. Sizə ilk gündən satışlarınızı artıra biləcəyiniz bir neçə aqressiv marketinq strategiyası təqdim edirik.

1. Influenserlərlə əlaqə

Bazarınızdakı ən vacib insanlar gündəlik olaraq hədəf auditoriyanızla danışan şəxslərdir. Bunlar televiziya və ya radio şəxsiyyətləri ola bilər və ya "YouTube" kanalının aparıcıları və ya "TikTok" ulduzları ola bilər. Sadəcə olaraq, hədəf müştəriniz onlara diqqət yetirirsə, bu influenserləri öz tərəfinizə çəkə bilərsiniz. Həmin insanlara e-poçt göndərə, zəng edə, pulsuz məhsullar təklif edə və hər şeydən əvvəl onlara ən yaxşı müştəriləriniz kimi yanaşa bilərsiniz.

2. Səs-küy yaratmağa başlayın.

Sosial media dünyasında pis reklam deyə bir şey yoxdur. Brendiniz və ya xidmətiniz haqqında nə qədər çox danışılarsa, bir o qədər pulsuz reklam əldə edə bilərsiniz. Reklamınızı insanların istifadə etdikləri sosial media platformalarında, xüsusilə "Instagram", "TikTok", "YouTube" kimi sosial şəbəkələrdə paylaşın.

3. Məntiq üzərində emosiyadan istifadə edin.

Müxtəlif araşdırmalar emosional reklamların çox təsirli olduğunu göstərir. Reklamlarınızda emosiyalardan istifadə etməyə çalışın.

Aqressiv marketinq taktikalarına üstünlük verməzdən əvvəl onların biznesiniz üçün ən yaxşı seçim olub-olmadığını nəzərə almaq vacibdir. İdeal müştəriniz haqqında düşünün.

Mehriban Fətəliyeva
Xəbəri paylaş