Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb


Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.

Newscenter.az-ın məlumatına görə, sənəd spikerlər arasında keçirilən görüşün nəticəsində imzalanıb.

Memoranduma əsasən, Azərbaycan Milli Məclisi Yeni Kaledoniya xalqının öz müqəddaratını təyinetmə hüququnu nəzərə alır və mövzu ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracaq.

Həmçinin Milli Məclis və Konqres Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə parlamentlərarası əməkdaşlığı inkişaf etdirəcəklər.

Bununla yanaşı, memorandum çərçivəsində qanunvericilik orqanlarının komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılması, parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri nəzərdə tutulur.

Qeyd edək ki, parlamentlərarası əlaqələri inkişaf etdirmək məqsədilə tərəflər deputatlardan ibarət müvafiq qrup yaradacaqlar.
Xəbəri paylaş