Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı gənclər Özbəkistanda bir sıra görüşlər keçiriblər

Azərbaycanlı gənclər Özbəkistanda bir sıra görüşlər keçiriblər


Müstəqil Dövlətlər Birliyinin Gənclər Paytaxtı elan edilən Özbəkistanın Daşkənd şəhərində ilk dəfə olaraq MDB Gəncləri bir araya gəlib.

Bu barədə Newscenter.az-a məlumat verən Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) sədri Ruslan İmanzadə deyib ki, görüşdə Azərbaycan Respublikasını da bir qrup gənc təmsil edib:

"Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının layihə meneceri Vəfa Əhmədova və Azərbaycan Respublikası Tələbələr və Məzunlar Platformasının direktoru Sevda Mansurova Özbəkistana səfər çərçivəsində ATUİAB-ın da qonağı olublar. Görüş zamanı qonaqlara ATUİAB-ın fəaliyyəti, həyata keçirdiyi layihələr, tədbirlər barədə ətraflı məlumat verilib".

Ruslan İmanzadə deyib ki, qonaqlar Özbəkistandakı Azərbaycan səfirliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində, Daşkənd Kimya Texnologiya İnstitutunda olublar. Təhsil ocağında qonaqları institutun beynəlxalq şöbənin prorektor köməkçisi və beynəlxalq əlaqələr üzrə prorektorla görüş keçirilib. Görüşdə azərbaycanlı gənclər həm ATUİAB, həm də təhsil ocağı ilə birgə əməkdaşlıq haqqında memorandumun detallarını müzakirə ediblər".

Qeyd edək ki, "Daşkənd MDB-nin Gənclər Paytaxtı" adlı tədbirlər aprelin 15-16-ı tarixlərini əhatə edib.



Süleyman
Xəbəri paylaş