Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

CHP-nin Azərbaycanla bağlı mövqeyində müşahidə edilən dəyişiklik nədən xəbər verir?

CHP-nin Azərbaycanla bağlı mövqeyində müşahidə edilən dəyişiklik nədən xəbər verir?


Türkiyənin ana müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) Azərbaycana olan münasibətində müəyyən dəyişiklik müşahidə edilir. Keçmiş partiya rəhbərliyinin zamanından fərqli olaraq indi CHP özünü Azərbaycana daha yaxın tutmağa çalışır. Partiya sədri Özgür Özərin bu günlərdə ölkəmizlə bağlı ortaya qoyduğu mövqe də belə deməyə əsas verir.

Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə bunları deyib:

"Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özər Avropa Şurasında səs vermə hüququnun təmin edilməsi üçün Azərbaycanı müdafiə edərək, bunun özləri üçün önəmli olduğunu vurğulayıb. Qardaş ölkənin əsas müxalifət partiyası CHP -nun Azərbaycana qarşı movqeyində müsbət dəyişikliklər baş verir. CHP Türkiyədə bələdiyyə seçkilərində qalib gəlib, kifayət qədər mövqeyini möhkəmləndirib. Türkiyədə CHP iqtidara gəlməsi ilə Azərbaycana dəstəyin azalacağı daima siyasi partiyalarda və ekspert camesində müzakirə predmeti olur. AKP kimi CHP-nin Azərbaycana tam dəstək verməyəcəyi qeyd edilir. Burada haqli məqamlar var. İkinci Qarabağ müharibəsində CHP sədri və funksionerləri ölkəmizə ciddi dəstəyinin şahidi olmadıq. Hətta MHP qədər CHP Azərbaycana dəstək vermədi.
CHP rəhbərliyin dəyişməsi ilə yeni sədrin Azərbaycanla bağlı müsbət mesajlarının şahidi oluruq. Hətta CHP sədri Özgür Özər başkanığa seçiləndə ilk səfərini Azərbaycana edəcəyini vurğulamışdı".


Politoloq bildirib ki, Türkiyənin güclənməsi fonunda Azərbaycanla da sıx müttəfiqlik əlaqələrinə malik olması yeni rəhbərliyin siyasətində dəyişikliklər edib:

"Cənab Ərdoğanın prezidentlik dövrü iki qardaş ölkənin qızıl dövrüdür. CHP rəhbərliyi reallıqları qəbul edir və Azərbaycanla sıx əməkdaşlığın qardaş ölkənin milli maraqlarına cavab verdiyinin fərqindədir.

Qeyd edim ki, CHP sabiq sədri Kamal Klıçdaroglunun Azərbaycana qarşı mövqeyi məhz dövlət maraqlarından deyil, Ərdoğana qarşı qəzəbi üzərindən qurulmuşdur. Yeni CHP rəhbərliyi Azərbaycana qarşı siyaətində ciddi korrektlər etməyə başlayır və əvvəlki rəhbərliyin səhvini düzəldir".

Məhəmməd Əsədullazadə deyib ki, artıq Türkiyədə 20 illik oturuşmuş sistem var və bu sistemi müdafiə edib, inkişaf etdirmək CHP üçün də əsas xətt olacaq:

"Çünki, bu plan Türkiyəni regional gücə və söz sahibi ölkəyə çevirib. Uzun müddət CHP sıralarında anti-Azərbaycan mövqelərinin şahidi olmuşuq. Yeni sədr bu kimi çıxışların qarşısını almalı və yeni siyasətində Azərbaycanla bağlı məsələdə partiyanın bütün kadrolarına tapşırıq verməlidir. Türkiyə ilə Azərbaycan arasında imzalanmış bəyannamə və müqavilələr iki qardaş ölkənin Cənubi Qafqazda mövqeyini möhkəmləndirib".

Süleyman
Xəbəri paylaş