Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay 105 min 394 mənzil satılıb

Keçən ay 105 min 394 mənzil satılıb


Türkiyədə mənzil satışında azalma müşahidə edilib.

Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, Türkiyə daxilində ev satışları mart ayında əvvəlki ilin eyni ayına görə 0,1 faiz azalaraq 105 min 394 ədədə düşüb.

Mənzil satışlarında ən yüksək pay 19 min 40 ev satışı və 18,1 faiz ilə İstanbul tutub. Satış rəqəmlərinə görə İstanbulu 9 min 523 ev satışı və 9,0 faiz payla Ankara, 6 min 413 ev satışı və 6,1 faiz payla İzmir izləyib.

Ev satışının ən az olduğu yerlər 23 evlə Ardahan, 42 evlə Bayburt və 55 evlə Hakkari olub.

Cari ilin yanvar-mart dövründə mənzil satışı əvvəlki ilin eyni dövrünə görə yüzdə 1,3 azalaraq 279 min 604 olub.

Nərgiz Əzizova


Xəbəri paylaş