Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Missiya bitdi, Məram Azərbaycanındır

Missiya bitdi, Məram Azərbaycanındır


"Azərbaycanın Qarabağ bölgəsində 2020-ci ilin noyabrında müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının bölgəni tərk etməsi olduqca mühüm siyasi hadisə sayıla bilər. Ruslar 10 noyabr anlaşmasında 5 il bölgədə qalmalı olduğu halda vaxtından daha əvvəl getməli oldu və bu, Azərbaycan diplomatiyasının tarixində böyük uğur salnaməsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. Onun sözlərinə görə, bu hadisə Azərbaycanın siyasi lideri, Cənab İlham Əliyevin müdrik siyasətinin növbəti uğurudur:

"Dünyada ən güclü dövlətlərdən biri olan Rusiya Federasiyasının rəhbərliyinin Azərbaycanın dövlət başçısını yaratdığı geosiyasi reallıqlarla barışması, Cənab Prezidentin yürütdüyü praqmatik siyasətə xüsusi etimad göstərməsi Moskvanın Azərbaycana qarşı həqiqi siyasi səmimiyyətini əks etdirir. Moskva bu addımı ilə həqiqətən də Azərbaycanla starteji müttəfiqliyə sadiqliyini nümayiş etdirdi".

Vaqif Abdullayev daha sonra qeyd edib:

"Çoxları hesab edirdi ki, iki il əvvəl Azərbaycan və Rusiya arasında imzalanmış Strateji Müttəfiqlik haqqında bəyannamənin imzalanması ilə Kreml Azərbaycanda öz resurslarını, hərbi mövcudluğunu daha da gücləndirəcək.

Ancaq, əksinə Rusiya hazırkı qərarı ilə göstərir ki, Azərbaycana qarşı həqiqi starteji müttəfiq prinsipləri ilə söykənir. Bəyannamədə əks edildiyi kimi qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanaraq hərtərəfli və bərabərhüquqlu əməkdaşlığı genişləndirilməsinə dönməz sadiqlik nümayiş etdirir.

Tərəddüdsüz başa düşmək lazımdır ki, Rusiya və Azərbaycan arasında siyasi münasibətlər indi müstəqilliyin ilk illərdəkindən tam fərqlidir. Ulu öndər iki ölkə arasında səmimi və mehriban əlaqələrin dərin əsasını qoydu, Cənab İlham Əliyev isə bu əlaqələri starteji zirvəyə yüksəltməklə Kremlin ölkəmizə qarşı olan mövqeyini qarşılıqlı hörmət prinsiplərinə köklədi və Rusiya Azərbaycana digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq dost, yaxın və etibarlı qonşu kimi davrandı".

Vaqif Abdullayev deyib ki, 2012- ci ildə Qəbələ RLS- dəki hərbi bazanı tərk edərkən də Rusiya tam qarşılıqlı anlaşma şəraitində addım atmışdı, Azərbaycanın dövlət suverenliyinə hörmətini ifadə etmişdi:

"2020-ci ilin Vətən müharibəsində də Rusiya Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə hörmətlə yanaşdı, sonrakı dövrlərdə Qarabağdakı erməni separatizminin və qondarma rejimin ləğvində də obyektiv, ədalətli ritorika sərgilədi.

Bütün bunlar onu təsdiqlədi ki, Rusiya Azərbaycan Respublikasının müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır.

“Rusiya Azərbaycan ərazilərini işğal edib”, “Rusiya qoşunları Qarabağda əbədi qalacaq” və sair cəfəngiyyatlar uyduran “müxalifət”o cümlədəm, Əli Kərimli kimiləri bu mənzərədən sonra məyusluq içində Ali Baş Komandanın necə qüdrətə və uzaqgörən planetar təfəkkürə malik olmasını müşahidə edirlər.

Rusiyanın Qarabağda olmasını bölgə üçün təhlükə və fəlakət adlandıran Riyakar Qərb ölkələri də Azərbaycanın bu uzaqgörən diplomatik uğurunu etiraf etməyə məcbur qalıb.

Artıq bölgədə tamamilə yeni geosiaysi mühit formalaşır, Qarabağ probleminin tamamilə həll olunmasından sonra Azərbaycan bu ərazilərdə heç bir hərbi müşahidə, monitorinq olmadan birbaşa özünün hərbi-təhülksizlik orqanlarının vasitəsilə dinc birgəyaşayış və inteqrasiyanın yeni mərhələsinə start verəcək".

Anar Əliyev
Xəbəri paylaş