Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın regionda mövqeləri zəifləyib

Rusiyanın regionda mövqeləri zəifləyib


Rusiyanın təkcə Ukrayna cəbhəsində deyil, eləcə də Cənubi Qafqazda zəiflədiyi müşahidə edilməkdədir. Ekspertlər hesab edirlər ki, elə Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi də məhz bunun əyani sübutudur.

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanın anti-terror tədbirlərindən sonra regionda Rusiyanın geosiyasi mövqeləri daha da zəifləyib. Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxması Moskva üçün arzuolunmaz bir prosesdir:

"Çünki Rusiya 10 noyabr Birgə Bəyannaməsinə uyğun olaraq daimi əsasda regionda qalmağı hədəfləyirdi.

Qeyd edim ki, Ağdamda fəaliyyət göstərən atəşkəsə nəzarət mərkəzi olan Türkiyə -Rusiya monitorinq Mərkəzi fəaliyyətsizdir. Bu mərkəzdə öz fəaliyyətində müsbət nəticə əldə etmədi. Türkiyə Rusiya atəşkəsə nəzarət mərkəzinin fəaliyyətinə xitam verilməlidir".

Süleyman
Xəbəri paylaş