Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizə çərçivəsində daha bir qrup şübhəli şəxs saxlanılıb.
İzmirdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatda 12 şübhəli saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, əməliyyat İzmirdə həyata keçirilib.
İzmir Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu FETÖ-yə qarşı aparılan istintaqlarda adları hallanan, təşkilat üzvü elan edilən, ByLock-dan istifadə edən və bu məzmunlarda adları keçən, şübhəli əməliyyat keçirən 12 şübhəli haqqında həbs qərarı çıxarıb. “Bank Asya”da məlumatlar aşkar edilib.
Mərkəz rayonları ilə Menemen, Menderes və Berqama rayonlarında müəyyən edilən ünvanlara eyni vaxtda təşkil edilən basqınlarda şübhəlilər saxlanılıb.
Anar Əliyev