Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1-ci rübdə Energetika Nazirliyi və tabeli qurumlara 2052 müraciət daxil olub

1-ci rübdə Energetika Nazirliyi və tabeli qurumlara 2052 müraciət daxil olub



2024-cü ilin birinci rübü ərzində Energetika Nazirliyi və tabeli qurumlara 2052 vətəndaş müraciəti daxil olub.

Newscenter.az xəbər verir ki, müraciətlərin 1662-si müvafiq qaydada icra edilib, 240-ı isə məlumat xarakterli olub (müraciətin geri götürülməsi, təşəkkür və digər). 150 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji, icazələrin verilməsi və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 87 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Süleyman
Xəbəri paylaş