Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

50-100 nəfərin iştirakı ilə keçiriləcək mitinqə nə ehtiyac var?

50-100 nəfərin iştirakı ilə keçiriləcək mitinqə nə ehtiyac var?


"Mən partiya funksioneri olaraq başqa bir partiyanın verdiyi qərarı və yürütdüyü siyasəti təftiş etməyi etik saymıram. Hesab edirəm ki, hər bir partiya yürütdüyü siyasətin və verdiyi qərarların məsuliyyətini özü daşımaqla yanaşı nəticələrinə də özü qatlaşır. Ancaq bir sıravi vətəndaş olaraq mövqeyim ondan ibarətdir ki, AXCP-nin 21 aprelə təyin etdiyi mitinq qərarı vaxt və mövcud reallıqlar qiymətləndirilmədən yanlış olaraq verilib. Baxmayaraq ki, insanların qabaqcadan müvaviq icra hakimiyyətini xəbərdar etməklə kütləvi aksiyalar, mitinqlər keçirmək konstitusion və fundamental hüquqlarıdır. Lakin bu hüquqların gerçəkləşdirilməsinı AXCP hakimiyyətə təsir üçün siyasi mübarizədə alət kimi yox, daha çox marginal maraqları təmin etmək istiqamətində yararlanmaq istəyindədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, həmişə belə olub:

"Ona görə də AXCP-nin və Milli Şuranın təyin etdiyi kütləvi etiraz aksiyaları ya uğursuz olub, ya da ümumiyyətlə alınmayıb. Kütləvi aksiyaların keçirilməsi üçün, bəli, sizin də dediyiniz kimi sosial sifariş olmalı və kütləvi təlabat yaranmalıdır. Cəmiyyətdəkı narazılıqlar da lokal və sosial məişət səviyyəsində olduğundan böyük ictimai-siyasi və sosial məzmun kəsb etmədiyindən kütləvilik də yoxdur. O zaman haqlı sual yaranır, əgər kütləvi aksiyalar keçirməyə sosial sifariş yoxdursa, kütləvilik təmin edilmirsə, maksimum 50-100 nəfər partiya üzvünün iştirakı ilə keçiriləcək mitinqə nə ehtiyac var?! Qərarın əsil mahiyyəti və məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtidarına beynəlxalq təzyiq üçün daha bir fürəst yaradılsın".

Əli Oruclunun sözlərinə görə, AXCP sədri Ə.Kərimli bilir ki, onun 21 aprelə təyin etdiyi mitinqə hakimiyyət icazə verməyəcək, yaxud ən yaxşı halda icazə versə belə təxribata çəkəcək və bununla vətəndaşların sərbəst toplaşma azadlıqlarının pozulması, yaxud siyasi partiyalara basqılar barədə haray-həşir qoparılacaq:

"Beləliklə də Qərbin Azərbaycan iqtidarına basqısı üçün daha bir bəhanə yaranacaq. Məncə, buna imkan vermək dövləti və milləti düşünməmək, şəxsi maraqları hər şeydən üsütn tutmaq deməkdir. Problemlərin həllinin yolu küçələrdə, ciddi qarşıdurma və təlatümlərdən deyil, qarşılıqlı etimad mühitinin yaradılmasında, dəyirmi masalarda və parlament divarlar arasında keçirilən müzakirələrdədir. Fikrimcə hökümət də bunu anlamamış deyil.Xüsusən də indiki dünyada və regionda sürətli baş verən hadisələr və həssas vaxt fonunda gərək qərarlar alınanda emosiyalarla, şəxsi münasibətlərlə, düşmənçiliklə, düşünülmədən alınmamaılıdır. Bu gün elə bir dönəmdəyik ki, nəinki itidar və müxalifət düşərgələri, hətta sıravi vətəndaşlarımız da ayıq-sayıq olmalı, bizi istəməyənlərə bəhanə verməməlidir"..

Süleyman
Xəbəri paylaş