Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Birliyi Yunan tərəfinə təslim oldu

Avropa Birliyi Yunan tərəfinə təslim oldu


Avropa Birliyi Yunan tərəfinə təslim oldu.

Newscenter.az trthaberə istinadən xəbər verir ki, bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar deyib. Ersin Tatar bunu Avropa Birliyi (AB) Liderlər Zirvə Toplantısının yekun bəyannaməsinə reaksiya verərkən vurğulayıb.

Tatar, sözügedən bəyannamədə Kiprlə bağlı ifadələrin Aİ-nin neytral ola bilməyəcəyini bir daha ortaya qoyduğuna diqqət çəkərək, AB-nin 20 il əvvəl Kipr yunanlarını üzv olaraq qəbul etdiyini bildirib. KKTC prezidenti deyib ki, AB öz meyarlarını pozur.

AB-nin federasiya modelini tətbiq etməklə Kipr türk xalqının iradəsini heçə saydığını vurğulayan Tatar deyib:

"AB Yunanıstan tərəfinə təslim oldu. Biz AB-ni Yunan tərəfinə qul olmağı dayandırmağa və Şuranın qərarı ilə 20 il əvvəl qəbul etdiyi qərarın tələblərini yerinə yetirməyə çağırırıq".

Anar Əliyev
Xəbəri paylaş