Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Krokus” terrorunda Ukrayna izi üzə çıxır

“Krokus” terrorunda Ukrayna izi üzə çıxır


"Krokus”da törədilən terror aktında Ukraynanın izi göz qabağındadır. Terror aktını törədənlərlə ukraynalı millətçilər arasında əlaqə təsdiqlənib və prosessual qaydada müəyyən edilib".

Newscenter.az LENTA.ru-ya istinadən bildirir ki, bunu Rusiyanın baş prokuroru İqor Krasnov Venesuelanın daxili işlər, ədliyyə və sülh üzrə xalq hakimiyyəti naziri Remigio Ceballos İçazo ilə görüşdə deyib.

Krasnov bildirib ki, bu dəhşətli, qanlı terror aktının icraçıları, ortaqları, təşkilatçıları və digər əlaqəli şəxslər harada gizlənsələr də, cinayətin izlərini necə qarışdırmağa çalışsalar da, layiqli cəzalarını alacaqlar.

Baş prokurorun sözlərinə görə, “Krokus”da terror aktı cinayətkarlıqla mübarizədə ikili standartlara görə mümkün olub. O vurğulayıb ki, istintaq bu cinayətin təşkilatçılarını, sponsorlarını və təşəbbüskarlarını müəyyən etmək üçün əlindən gələni edir.

Anar Əliyev
Xəbəri paylaş