"Əgər Əli Kərimlidə zərrə qədər də ləyaqət hissi varsa, o, Cənab Prezident İlham Əliyevdən üzr istəməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı səsləndirib. Millət vəkili bildirib ki, Əli Kərimli indiyə qədər etdiyi səhvlər, yol verdiyi nöqsanlar, irəli sürdüyü əsassız ittihamlar və iddialara görə üzr istəməlidir.
Fəzail Ağamalı deyib ki, Azərbaycanın sürətli inkişafı, əldə etdiyi uğurlar, regionun güc mərkəzinə çevrilməsi həm xarici, həm də onlara xidmət edən daxildəki pozucu qüvvələri narahat edir və aprelin 21-nə nəzərdə tutulan etiraz aksiyası da buna xidmət edir.
Millət vəkili deyib ki, Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması Prezident İlham Əliyevin diplomatik məharətinin ən böyük uğuru və onun zirvəsidir.
Anar Əliyev