"Milli Şuradakılara mitinq keçirmək tapşırığı verənlər Azərbaycandakı sabitliyi pozmağa, ölkəmizə zərbə vurmağa cəhd göstərən xarici ünsürlərdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev səsləndirib. Millət vəkili deyib ki, Əli Kərimli aprelin 21-nə təyin etdiyi aksiyanı Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına görə, Ali Baş Komandana təşəkkür etmək üçün çağırmayıb:
Millət vəkili əmin olduğunu bildirib ki, regionda, Azərbaycanda gərginlik yaratmaq, ictimai-siyasi sabitliyi pozmağa çalışanlar Dəmir Yumruqdan öz paylarını alacaqlar.
Qeyd edək ki, Milli Şura adlı qurum aprelin 21-də paytaxtda etiraz aksiyası keçirməyi nəzərdə tutub.
Süleyman