Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Netanyahu Yaxın Şərqdə münaqişəni tətikləyir

Netanyahu Yaxın Şərqdə münaqişəni tətikləyir


İsrail-İran gərginliyi getdikcə pik həddə çatır. Aprelin 13-də İranın İsrailə hücumundan sonra bu gün də İsrail İrana cavab zərbələri endirib.

Newscenter.az xəbər verir ki, baş verənləri şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrail İran ərazisində bir neçə strateji obyektlərinə cavab zərbəsi endirib.

Onun sözlərinə görə, İsrail Baş naziri B. Netanyahu öz hakimiyyətini qorumaq və həbsdən qurtulmaq üçün Yaxın Şərqdə münaqişəni tətikləyir:

"İsrailin bu zərbələrinə qarşı İran da hərəkətə keçəcək. İsrail baş naziri daxildə özünə qarşı narazılıgı və uğursuz Qəzza əməliyyatını sığortalamaq üçün İranla müharibəyə girməyə çalışır. Bununla da ABŞ və Avropanın bir neçə ölkəsini İrana qarşı müharibəyə təhrik edir".

Politoloq deyib ki, İsrail İran müharibəsini tətikləyən baş nazir B. Netanyahudur:

"Birbaşa İranla müharibə İsrail üçün müsbət perspektiv vəd etmir".

Süleyman
Xəbəri paylaş