Uzun zamandan bəri Qusar rayonu Mərkəzi Xəstəxanasında yerli əhalini narazı salan bir çox məsələlər uğurlu islahatlar nəticəsində aradan qaldırılmaqdadır. Bu islahatlar təbii ki, cənab Prezident İlham Əliyevin ölkə daxilində həyata keçirdiyi coxşaxəli islahatların tərkib hissəsidir.
Newscenter.az xəbər verir ki, səhiyyə sahəsi indiki, xüsusilə, qlobal pandemiyanın tüğyan etdiyi dövrdə daha çox ehtiyac və diqqət ayrılması sahələrdən biri olduğunu göstərdi. Bütün sahələrdəki uğurlu nəticənin əsasını şəffaflıq və vicdanlılıq prinsipi təşkil edir.
Buna sübut olaraq Qusar rayonu Mərkəzi Xəstəxanasına bu ilin fevral ayında direktor təyin edilən Kamil Hacıyevi göstərmək olar. Kamil Hacıyevin ixtisas bilikləri ilə şəxsi keyfiyyətlərinin uzlaşması, şəffaf və yerli əhalinin maraq və ehtiyaclarına yönəlmiş fəaliyyəti bir çoxlarını narahat etməkdədir.
Xəstəxana daxilində Dövlətimizin maraq və tələblərinə uyğun - şəffaflıq, kadr təyinatı, maddi-texniki bazanın möhkəmləndirilməsi, bürokratik əngəlliklərə boyun əyməmək kimi iş fəaliyyəti sadə rayon insanlarının birmənalı olaraq maraqlarına xidmət edir. Gələcək fəaliyyətində Kamil Hacıyevə uğurlar diləyirik.
Nərgiz Əzizova