Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini vaxtından əvvəl tərk etdi. Artıq Azərbaycan öz suveren ərazisinə tamamilə özü nəzarət edəcək. Bu böyük tarixi hadisə və növbəti diplomatik qələbəmizdir. Bu diplomatik qələbəmiz həm də sapı özümüzdən olan baltalara verilmiş ən böyük cavab və layiqli dərs oldu.
Həqiqətən də İlham Əliyev siyasəti qeyri mümkünü mümkünə çevirir. Bu gün dünyanın dörd bir tərəfində qeyri sabit proseslər, müharibələr, təlatümlər tüğyan edir. Belə bir mürəkkəb şəraitdə Azərbaycan öz sabitliyini və iqtisadi inkişafını qoruyub saxlamaqla yanaşı böyük tədbirlərə ev sahibliyi edir, beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir. Əlbətdə bütün bunlar möhtərəm prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu müdrik, uzaqgörən, unikal və bənzərsiz siyasətin nəticəsində mümkün olmuşdur.
Dünyanın terrorla çalxalandığı bir zamanda üzümüzün güldüyü üçün, sabitlik və firavanlıq şəraitində yaşadığımız üçün və ən əsası dünyada lider qıtlığının yaşandığı bir zamanda İlham Əliyev kimi dahi, uzaqgörən, gecə-gündüz yorulmadan xalqı üçün çalışan Liderə malik olduğumuz üçün sonsuz ŞÜKÜRLƏR olsun!
Hər şey üçün dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkür edirik.
Bütün Xalqımızı bu qələbə münasibətilə ürəkdən təbrik edirəm. Allahdan şəhidimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Növbəti qələbələrə..
Sədaqət Vəliyeva, Milli Məclisin deputatı