İsrailin İrana zərbələr endirməsinə baxmayaraq İsfahan əyalətindəki nüvə obyektləri tam təhlükəsizdir.
Newscenter.az xəbər verir ki, bu barədə İranın yarı rəmsi "Tasnim" agentliyi məlumat verib.
Agentlik xəbər verir ki, bəzi KİV-lərin əyalətdəki nüvə obyektində insidentlə bağlı xəbərləri həqiqətə uyğun deyil.
Qeyd edək ki, "Fars" agentliyi isə ölkənin mərkəzi hissəsində yerləşən İsfahan əyalətində partlayışın baş verdiyi barədə məlumat vermişdi. Agentlik iddia edirdi ki, partlayış vilayətin şimal-şərqində, İsfahan beynəlxalq hava limanı və ordunun hərbi hava qüvvələri bazası yaxınlığında baş verib.
Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə qarşı pilotsuz təyyarələr və raketlər ataraq bunu İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrail tərəfindən edilən hücuma cavab adlandırıb.
Anar Əliyev