Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhməramlıların Qarabağdan çıxarılması Rusiya barədə müsbət imic formalaşdırmağa yol açdı

Sülhməramlıların Qarabağdan çıxarılması Rusiya barədə müsbət imic formalaşdırmağa yol açdı


Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılması adi bir hadisə deyil, bunun çox dərin geosiyasi və qlobal anlamı var. Bu həm də Rusiya barədə müsbət imic formalaşdırmağa yol açdı. Elə politoloq Azər Qasımov da belə düşünür.

Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Rusiya ordusunun Qarabağdan çıxması bütün Qərbə, o cümlədən, Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşmaq istəyən Ukrayna və Ermənistana, hətta Gürcüstana mesaj verməkdən tutmuş, Rusiyanın da sivil tərəfinin olduğu görüntüsü yaratdı. O deyib ki, Rusiyanın Ukraynada qazandığı işğalçı imic Qarabağdan çıxmaqla sivil və mədəni, eyni zamanda, hüquqi öhdəliklərə əməl edən ölkə imici ilə əvəz edildi:

"Rusiya bu addımı ilə göstərdi ki, o, bu günə kimi etdiyi hərəkətlərə məcbur buraxılıb. Məcburiyyət olmayanda Rusiyanın kiminləsə işi yoxdur. Təbii ki, qeyd edilənlər hər kəsin məntiqi ilə Rusiyanın çoxəsrlik siyasətinə uyğun gəlmir".

Azər Qasımov hesab edir ki, Rusiya bilavasitə Azərbaycan ərazisindən çıxmaqla dar çərçivədə konkret olaraq Azərbaycana yönəlik öz maraqlarından çox az nəsə itirdi, amma geosiyasi olaraq çox böyük qazanc əldə etdi:

"Bu hadisənin ilk növbədə Ermənistanın Brüsseldə Qərblə baş tutan görüşündən sonra olması həm Azərbaycanın əlini gücləndirdi, həm də Qərbi çıxılmaz vəziyyətə saldı. Qərb artıq Rusiyanın işğalçı siyasətindən, dolayısı olaraq Azərbaycanın, Ermənistanı qorumaq planı üzərindən Ermənistana daxil ola bilməyəcək. Çünki bu regionda artıq bir-birinin ərazisini işğal etmək istəyən ölkə yoxdur.

Əminliklə deyirəm ki, indiki məqamda Qarabağdan çıxmaq fikri Rusiyadan gəlib. Rusiya bunu Azərbaycana təklif edib və Azərbaycan bunu qəbul edib".

Süleyman
Xəbəri paylaş