İsrailin İrana qarşı başladığı cavab zərbəsi əməliyyatından dolayı İranda əksər hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Tehran beynəlxalq hava limanı da İsrailin hücumu səbəbindən fəaliyyətini dayandırıb. Məlumata görə, hava limanından bütün beynəlxalq və daxili uçuşlar müvəqqəti olaraq dayandırılıb. Yerli rəsmi dairələr bunun təhlükəsizlik nöqteyi nəzərdən edildiyini açıqlayıblar.
Qeyd edək ki, bu gün səhər saatlarında Reuters İsrailin İrana qarşı cavab zərbəsi endirmək üçün hücuma başladığı barədə məlumat yayıb. Bundan əvvəl isə İran İsrailə anoloji hücum təşkil etmişdi.
Anar Əliyev