Türkiyədə bir-birinin ardınca təbii fəlakətlər baş verir. Ötən gün Türkiyənin Tokat vilayətində baş verən güclü zəlzələdən sonra bu dəfə Karabükdə torpaq sürüşməsi qeydə alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, nəticədə 4 ev zədəli vəziyyıtə düşüb və sakinləri tıəxliyyə olunub.
Hadisə Atatürk Mahallesi Sorğun küçəsində baş verib. Hadisə baş verdikdən dərhal sonra polis və xilasedici qruplar bölgəyə sövq edilib.
Evlərini tərk edən vətəndaşlar qohumlarının yanına yerləşdirilib.
Atatürk Məhəlləsi Muxtarı Ərdoğan Yeltepe jurnalistlərə açıqlamasında Karabük Valiliyi tərəfindən 4 evin boşaldılmasına qərar verildiyini bildirib.
Anar Əliyev