Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab İlham Əliyevin güclü siyasi liderliyi, diplomatik və sərkərdəlik bacarığının təntənəsi

Cənab İlham Əliyevin güclü siyasi liderliyi, diplomatik və sərkərdəlik bacarığının təntənəsi


"Bu günlər daha bir tarixi anlara, 2020-ci ildən etibarən adət etdiyimiz uğur və nailiyyətlərə, hərbi və diplomatik qələbələrə şahidlik edirik. Söhbət 30 ildən artıq erməni işğalı altında olan Qazağın 4 kəndinin Azərbaycana qaytarılmasına dair razılığın əldə edilməsindən gedir. Məlum olduğu kimi aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası səkkizinci görüşündə Qazağın 4 kəndinin Azərbaycana qaytarılmasına dair razılıq əldə edilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Qazağın 4 kəndinin bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edilməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin güclü siyasi liderliyi, diplomatik və sərkərdəlik bacarığının təntənəsidir:


"Azərbaycan Prezidenti Cənab İlham Əliyev yaşadığımız əsrin ən güclü siyasi, diplomatik və hərbi liderlərindəndir ki, bir güllə atmadan, şəhid vermədən işğal altında olan ərazilərimizi azad edir. 44 günlük müharibədəsindən sonra 3 rayonumuz dinc yolla işğaldan azad edildiyi kimi, indi də Azərbaycanın Siyasi Lideri 4 kəndi sülh yoluyla azadlığa qovuşdurdu".

Arzuman Muradlı əmin olduğunu bildirib ki, əldə edilən razılaşma Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını tezləşdirəcək:

"Bu həm də iki ölkənin kənar bir qüvvə, üçüncü bir tərəf olmadan razılaşma əldə edə biləcəyini ortaya qoyur".

Süleyman
Xəbəri paylaş