"Xeyirxah əməlləri və gördüyü işlərlə saysız-hesabsız insanların sevgisini qazanan, hər birimizin sevimlisi olan gözəl qəlbli Leyla xanım Əliyeva Azərbaycan Autizm Assosiasiyasının yığma komandasının idmançıları ilə görüşdü".
Newscenter.az xəbər verir ki, görüş barədə fikirlərini bildirən Azərbaycan Autizm Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyeva bununla autizm spektrli şəxslərə olan diqqət və qayğısını növbəti dəfə nümayiş etdirdi:
"Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq həm öz adımdan, həm də idmançılarımız adından Leyla xanıma göstərdiyi diqqətə görə sonsuz təşəkkürlərini bildirirəm.
Uca Tanrım Sizi qorusun".
Süleyman