Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-yə üzvlük Azərbaycan üçün ziyanlı deyil

Aİİ-yə üzvlük Azərbaycan üçün ziyanlı deyil


"Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü nəinki ziyanımıza, əksinə xeyrimizə olar. Ona görə də rəsmi Bakının sözügedən quruma üzvlüyü məsələsinə edilən etirazları başadüşülən deyil".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, yeni imkanların əldə edilməsi baxımından Aİİ-yə üzvlük məqsəduyğun olardı:

"Onsuz da Aİİ-yə üzv ölkələrin mütləq əksəriyyəti ilə Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq edir, iqtisadi sahədə əlaqələr qurur. Ermənistanı çıxmaq şərtilə ittifaqın üzvü olan hər bir ölkə ilə Azərbaycanın iqtisadi əlaqələri mövcuddur. İndi bu əlaqələri koordinasiya edilmiş şəkildə həyata keçirmək daha məqəsəduyğun olardı".

Natiq Orucov
Xəbəri paylaş