Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Rusiyanın Ermənistanla bağlı planlarında yer almır

Azərbaycan Rusiyanın Ermənistanla bağlı planlarında yer almır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya səfəri xarici mediada geniş şərh edilir. Bir sıra KİV-lər iddia edirlər ki, Moskva Bakını bəzi regional maraqlarının təmin olunmasında öz yanında görmək istəyəcək. Ancaq ekspertlər bu yanaşmanı tamamilə rədd edirlər.

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan Rusiyanın Ermənistanla bağlı planlarında yer almır və gələcək perspektivdə də almayacaq:

"Azərbaycana Ermənistanla sülh müqaviləsi lazımdır və bu istiqamətdə irəliləyişə nail olunur. Rusiyanin Zəngəzur yoluna nəzarəti və bu yolun güc yolu ilə açılması kimi spekulyasiyalara son qoyuldu. Moskva Azərbaycandan yalnız iqtisadi əlaqələri özündə ehtiva edən Avrasiya ittifaqına üzv olmağı xahiş edə bilər. İqtisadi əlaqələri və inteqrasiyanı özündə ehtiva edən Avrasiya İttifaqına üzvlüklə bağlı məsələlərə növbəti mərhələdə baxıla bilər".

Politoloq hesab edir ki, Moskva -Bakı əlaqələrində xüsusi böhran və problem qalmayıb:

"Rusiya sülhməramlı qüvvələrini Azərbaycandan çıxarmaqla, Cənubi Qafqazda 300 ilə yaxın geosiyasi mövqelərini itirib. Rusiya bundan sonra Mərkəzi Asiya və Cənubi Qafqazla bağlı siyasətində yumuşaq gücdən istifadə edəcək. Çünki, hərbi gücünü Ukraynada tükədir".

Süleyman
Xəbəri paylaş