Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək

Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək


Cənubi Koreya Ukraynaya aşağı faizlə kreditlər verəcək.

Newscenter.az Yonhap-a istinadən bildirir ki, Cənubi Koreya İqtisadi İnkişaf Əməkdaşlıq Fondu (EDCF) Layihəsi çərçivəsində Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya aşağı faizli kreditlərin verilməsi üçün çərçivə sazişi imzalayıb.

Cənubi Koreya İqtisadiyyat və Maliyyə Nazirliyindən verilən açıqlamada, G20 Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri Toplantısı çərçivəsində ABŞ-da olan nazir Çoi Sanq-mok və ukraynalı həmkarı Serhiy Marçenkonun Vaşinqtonda aşağı faizli kredit proqramları üçün müqavilə imzaladığı bildirilib.

Razılaşmaya əsasən, Cənubi Koreya tərəfindən Ukraynaya 2,1 milyard dollar aşağı faizli kredit veriləcək.

Natiq Orucov
Xəbəri paylaş