"Türkiyə prezidentinin İraq səfəri iki qonşu ölkə arasında münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Məlum olduğu kimi Türkiyə hazırda regionda aparıcı dövlətdir. Xüsusilə ərəb dünyasında Türkiyənin və şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın nüfuzu olduqca böyükdür".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev Rəcəb Tayyib Ərdoğanın İraq səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Ərəb dünyasında hazırda vəziyyət yaxşı deyil:
"İsrailin Fələstinə hücumu, həmçinin İran-İsrail savaşı regionda vəziyyəti olduqca gerginləşdirdi. Belə bir vəziyyətdə Türkiyənin dəstəyinə böyük ehtiyac var. Ərdoğan şəxsi nüfuzundan istifadə edərək olduqca mühüm məsələlərə öz tövhəsini verməyə çalışır. Həmçinin terrorizmlə mübarizə hazırda türk dövləti üçün mühüm əhəmiyyət kəsb edir".
Zeynal Əmrəliyev deyib ki, Ərdoğanın İraq səfərində əsas müzakirə mövzusu məhz terrorizmlə mübarizə məsələsi olacaq:
"Bu səfər iki ölkə arasında münasibətlərin inkişafına dəstək olacaq və Türkiyənin terrorizmlə mübarizədə fəaliyyətini daha da gücləndirəcəkdir".
Süleyman