Ermənistanda qızılca hallarında artım qeydə alınıb.
Newscenter.az news.am-a istinadən bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, cari ilin ilk ayları ərzində Ermənistanda 342 qızılca hadisəsi qeydə alınıb.
Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi bildirib ki, qızılcaya yoluxanlardan 193-ü uşaq, 149-u böyükdür.
Bu müddət ərzində 18 nəfər vəziyyətinin ağırlaşması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Anar Əliyev