Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər mövcud durumu düzgün dəyərləndirməlidirlər

Ermənilər mövcud durumu düzgün dəyərləndirməlidirlər


"Ermənilər indiki halda mövcud durumu düzgün dəyərləndirməli, proseslərdən doğru nəticə çıxarmalıdırlar. Revaşizm, müharibə ab-havası artıq arxada qalıb. Bu kimi mənfi tendensiyalar ermənilər üçün fəlakət demək olar".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev bu gün bir qrup erməni vətəndaşının Qazaxın işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılmasına etiraz əlaməti olaraq Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, ermənilər bununla yenidən təhlükəli oyunlara start verirlər:

"Ümid edirəm ki, Ermənistan hakimiyyəti bu kimi revanşist, ara qarışdırıcı cəhdlərin qarşısını alacaq və tezliklə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olacaq".

Anar Əliyev
Xəbəri paylaş