"Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olmaq, prosesə əngəl yaratmaq üçün Ermənistanda vəziyyəti gərginləşdirməyə çalışacaqlar. Bu gün bir qrup erməni sakininin bu ölkənin Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsi də bunun əyani sübutudur".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, hər dəfə Azərbaycanla hansısa məsələdə ciddi razılıq əldə edilib sülhə doğru inamlı addım atılanda Ermənistanda vəziyyəti gərginləşdirirlər:
"Bu prosesdə daha çox xarici amillər özünü büruzə verir. Regionda sabitlik istəməyib yalnız müharibə arzusunda olanlar zaman-zaman bu kimi çirkin oyunlara əl atıblar. Yaxın tarixdə Ermənistan parlamentində baş verən gülləbaran hadisəsi, həmçinin dövlət çevrilişləri, bunlar hamısı məhz Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı yönəlmiş cəhdlər idi".
Süleyman