"Qazaxın 30 ildən artıqdır ki, erməni işğalı altında olan kəndlərinin Azərbaycana qaytarılması barədə əldə edilən razılaşma Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini sürətləndirə bilər. Artıq tərəflər əksər mübahisəli məsələləri həll etmək ərəfəsindədirlər".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, sözügedən kəndlərin danışıqlar, dinc yolla azad edilməsi həm də tərəflər arasında qarşılıqlı etimad mühitinin formalaşdığını söyləməyə əsas verir:
"Bu prosüsdə regiionda marağı olan qüvvələr də maraqlı olmalıdırlar. Onlar çalışmalıdırlar ki, iki tərəf arasında yaranmış qarşılıqlı etimad mühitinə töhfə versinlər və proses müsbət istiqamətə doğru getsin".
Anar Əliyev