Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhkum uşaqlara işgəncə verən 13 nəfər həbs edilib

Məhkum uşaqlara işgəncə verən 13 nəfər həbs edilib


İtaliyada uşaq məhbuslara işgəncə verən və onlara qarşı pis rəftar nümayiş etdirən 13 nəfər həbsxana işçisi saxlanılıb.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, hadisə Milan şəhərindəki cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Xəbərə görə, Milan Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 12-si Milandakı Çezare Bekkariya Uşaq Həbsxanasında çalışan və biri daha əvvəl orada işləyən 13 mühafizəçinin məhbus uşaqlarla qeyri-insani davranışları müəyyən edilib. Həmin şəxslər müxtəlif cinayətlərə görə məhkum olunmuş uşaqlara qarşı pis rəftar və işgəncə verdikləri səbəbi ilə saxlanılıb.

İstintaq çərçivəsində daha 8 nəfər də vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.

Həmçinin qeyd olunub ki, məhbus uşağa qarşı cinsi zorakılığın tətbiq edilməsi iddiası da araşdırılıb.

Anar Əliyev
Xəbəri paylaş