Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxın 4 kəndinin qaytarılması, sülh müqaviləsinin imzalanması üçün müsbət addım kimi qiymətləndirilməlidir

Qazaxın 4 kəndinin qaytarılması, sülh müqaviləsinin imzalanması üçün müsbət addım kimi qiymətləndirilməlidir


"Qazaxın 4 kəndinin qaytarılması, şübhəsiz Ermənistanla sülh müqaviləsinin imzalanması üçün müsbət addım kimi qiymətləndirilməlidir. Hər bir halda, qarşılıqlı etimad mühitinin formalaşması üçün əsasdır. Çətini başlamaq idi. Necə deyərlər, proses başlandı".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, imzalanmanın sürətləndirilməsi isə, tərəflərin iradəsindən asılıdır:

"Azərbaycan tərəfi buna hazırdı və kommunikasiyaların açılmasından, silahlanmadan başqa Ermənistana qarşı hansısa ərazi iddiaları irəli sürmür. Erməni tərəfi, qanunvericilik şəklində Azərbaycanın ərazi bütövlüyünü tanımalı, müharibə ritorikasından əl çəkməlidir".

Millət vəkili, "Sülh müqaviləsinin nə zaman imzalanacağını proqnozlaşdırmaq çətindir. Amma, yaxın gələcəkdə prosesin sürətləndirilməsinə şahidlik edəcəyik",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş