Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda TikTok bloklana bilər

Qazaxıstanda TikTok bloklana bilər


Qırğızıstanın ardınca Orta Asiyanın daha bir ölkəsi TikTok şəbəkəsinə məhdudiyyət tətbiq edə və ya onun fəaliyyətini bloklaya bilər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hazırda Qazaxıstanda bu istiqamətdə müzakirələr gedir.

Məsələ ilə bağlı Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva fikirlərini bildirib.

Nazirin sözlərinə görə, ABŞ və bir sıra Avropa ölkələri TikTok şəbəkəsini məhdudlaşdırıb:

"Qonşu ölkələrin təcrübəsinə baxırıq. Əslində, sosial şəbəkələrdəki materiallarda pozuntu faktları artıb. Bütün bunlar milli təhlükəsizliyimizə xidmət edərsə, biz belə tədbirlər görməliyik"ş

O qeyd edib ki, bu məsələ hələ də həllini tapmayıb:

"Əvvəlcə baxılacaq, sonra ümumi müzakirəyə çıxarılacaq məsələdir".

Anar Əliyev
Xəbəri paylaş