Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxlar Taylanda vizasız gedəcək

Qazaxlar Taylanda vizasız gedəcək


Bundan sonra qazaxlar Taylanda vizasız gedə biləcəklər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ölkənin baş naziri Oljas Bektenov Tailandla viza tələblərindən azad edilməsi haqqında saziş layihəsini təsdiqləyib.

“Bir Tərəfin dövlətinin vətəndaşları, etibarlılıq müddəti 6 aydan az olmamalı olan etibarlı səyahət sənədlərinə sahib olanlar, digər Tərəfin dövlətinin ərazisinə gələn, gedən, tranzit keçən tarixdən etibarən 30 təqvim günündən çox olmayan müddətə, eyni zamanda, hər 180 təqvim günü müddətində ölkəyə gələnlər 90 təqvim günü müddətinə viza tələblərindən azad ediləcək”, - deyə saziş layihəsində deyilir.

Yəni qazaxıstanlılar fasiləsiz olaraq Taylandda 30 gün qala bilərlər.

Saziş hər iki ölkədə dövlətdaxili prosedurlar başa çatdıqdan 30 təqvim günü sonra qüvvəyə minəcək.

Natiq Orucov
Xəbəri paylaş