Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh sazişinin bağlanması istiqamətində prossesin sürətlənəcəyi ehtimalı kifayət qədər yüksəkdir

Sülh sazişinin bağlanması istiqamətində prossesin sürətlənəcəyi ehtimalı kifayət qədər yüksəkdir


"Qazaxın anklav olmayan 4 kəndinin məhz danışıqlar yolu ilə, hər hansı bir əməliyyat keçirilmədən geri qaytarılması Azərbaycanın hərbi gücünün göstəricisidir. Bu çəkindirici güc olmasaydı Ermənistan hələ uzun müddət delimitasiya və demorkasiya ilə bağlı danışıqların uzadılmasına cəhd göstərəcəkdi. Bunun üçün çalışdı da. Sərhəd istiqamətində əlavə qüvvə cəmləşdirməklə, atəşkəsi pozmaqla Azərbaycanı təxribata çəkməyə edilən cəhdlər məhz prrossesin tormozlanması və bu fonda regiona üçüncü dövlətlərin cəlb etməyə hesablanmışdı. Lakin Azərbaycanın davamlı təzyiqləri, eləcə də 5 aprel Brüssel görüşündə istədiyinə nail ola bilməyən Paşinyan hakimiyyətinin kəndləri geri qaytarmaqdan başqa yolu qalmamışdı və nəticə etibarilə məlum razılaşma protokolu imzalanmış oldu".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, bu addım həm də kənar oyunçular və təsirlər olmadan Azərbaycan və Ermənistan arasında münasibətlərin daha tez normallaşa biləcəyinin mesajı idi:

"Şübhəsiz ki, kəndlərin geri qaytarılması, nəqliyyat xətlərinin blokadadan çıxarılması ilə bağlı aparılan danışıqları da sütərləndirəcək. Bütün bunlar isə sülh danışıqlarının tezliklə başa çatacağı, ən azından çərçivə sazişinin bağlanacağı ilə bağlı ümidləri artırır. Çünki sərhədlərin delimitasiya və demorkasiyası ilə bağlı razılaşmadan, yəni başqa sözlə bu prosses çərçivəsində həm də anklav kəndlərin taleyinin müəyyən olunması ilə bağlı razılaşmadan sonra Azərbaycan və Ermənistan arasında həll olunmamış tək məsələ Zəngəzur dəhlizi məsələsi qalır. Kəndlərin geri qaytarılması isə yenə də təkrar edirəm bu istiqamətdə də müsbət nəticələrin əldə ediləcəyi ilə bağlı gözləntiləri artırır. Odur ki, kənar müdaxilə olmasa və Ermənistan hakimiyyəti nəhayət ki, ayrı-ayrı ölkələrin deyil məhz Ermənistanın maraqlarından çıxış etməyə başlasa sülh sazişinin bağlanması istiqamətində prossesin sürətlənəcəyi ehtimalı kifayət qədər yüksəkdir".

Süleyman
Xəbəri paylaş